Zakir Həsənov: Şəhidlərin qisası alınacaq

Zakir Həsənov: Şəhidlərin qisası alınacaq
Bu gün burda danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir, erməni faşistləri bizim xalqa qarşı cinayət törədirlər. Bu cinayətin qarşısı almasaq, onlar bunu davam etdirəcəklər.
Oxu.Az xəbər verir ki, bunu şəhid hərbi pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazirin sözlərinə görə, şəhidlər bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
"Bu gün Ali Baş Komandanlığının rəhbərliyi ilə Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi var. Şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq. Allah rəhmət eləsin”, - deyə, bildirib.

OXŞAR XƏBƏRLƏR