Bakıda 18 vəzifəli şəxs işdən çıxarıldı

16:45 / 14.09.2020
3069
"Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib".
Sfera.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.
O bildirib ki, 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb:
Təhsil Nazirliyi tərəfindən son 7 ildə yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə artıb. Məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur.