“Bakı Metropoliteni”: Çalışırıq ki, sərnişinlər özlərini daha güvənli hiss etsinlər
"Bakı Metropoliteni”nin bütün stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bunu Oxu.Az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, həftənin ilk iş günü olduğundan bəzi stansiyalarda pik saatlarda sərnişinlərin sayı çox olur:
"Təhlükəsizlik tədbirləri gücləndirildiyindən sərnişinlər ciddi, bir-bir, daha diqqətlə yoxlanılır və bu da qismən sıxlığa səbəb olub”.
"Növbəti günlərdə təhlükəsizlik tədbirləri ilə əlaqədar metroda sıxlığın yaranmaması üçün hansı tədbirlər görüləcək?” sualına cavabında Nəsim Paşayev bildirib ki, "Bakı Metropoliteni” üçün əsas sərnişinlərin təhlükəsizliyidir:
"Biz çalışırıq ki, təhlükəsizlik maksimum olsun və sərnişinlər qatara daxil olarkən özlərini daha güvənli, təhlükəsiz hiss etsinlər”.
Qeyd edək ki, Milli.Az saytının yaydığı məlumata görə, bu gün səhər saatlarında metronun "Koroğlu” stansiyasının girişində sıxlıq yaranıb.