İkinci Dünya Müharibəsi əsnasında 3 milyon insanın acından öldüyü dəhşətli hadisə

İkinci Dünya Müharibəsi əsnasında 3 milyon insanın acından öldüyü dəhşətli hadisə
 Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri ...

Bütün dünyaya böyük təsir göstərən "Benqal qıtlığı” hadisəsi İkinci Dünya Müharibəsi əsnasında Britaniya Hindistanında yerləşən, 60.3 milyon əhalisi olan Benqaliyada yaşanıb.

Benqaliya əhalisinin 4 milyona yaxın bir hissəsi aclıq, malyariya, antisanitariya vəziyyəti, əhalinin yerdəyişməsi kimi səbəblərdən yaranan bir qıtlıqla qarşılaşıb.

Bu hadisə iqtisadiyyatın böyük bir hissəsinin alt-üst olması, milyonlarla insanın yoxsullaşması ilə nəticələnib.

Həmin zaman kişilər təsərrüfat sahələrini sataraq orduya qatılıb, qadınlar isə uşaqları ilə birlikdə böyük şəhərlərə köçüblər. Tarixçilər bu böyük aclığı "texnogen” kimi xarakterizə edirlər.

Böyük əksəriyyət aclıq şəraitinin insanlar tərəfindən yaradıldığını desələr də, çox kiçik bir kütlə bunun "təbii səbəblərdən" qaynaqlandığını bildirirdi.

"Benqal qıtlığı”nda hərbi xərcləri qarşılamaq üçün minlərlə kəndlinin əlindən torpaq sahələri də alınıb. Üstəlik, fermerlər məhsullarına görə deyil, standart əmək haqqı alıblar. Hər gün aclıqdan xeyli insan ölərkən, əyalət hökuməti bildirirdi ki, heç bir aclıqdan söhbət gedə bilməz və hər şey qaydasındadır.

Bundan əlavə, böhranın geniş yayıldığı ərəfədə artıq humanitar yardımlar da fayda vermirdi.

Lakin 1943-cü ilin oktyabr ayında Hindistan ordusu fondlara nəzarəti ələ keçirməyə müvəffəq oldu və bununla da edilən yardımlar əhəmiyyətli dərəcədə böyüdü. Nəticədə, aclıqdan ölümlər xeyli sayda azaldı. Lakin 1944-cü ildə yenidən insan ölümləri baş verdi. Bu dəfə isə insanların əksəriyyəti xəstəliyə tutuldular və bu dəhşətli hadisədə ümumilikdə, 3 milyon insan həyatını itirdi. 

(musavat.com)



OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...