Şəhid pilotlarımızla vida mərasimi keçirilir

Şəhid pilotlarımızla vida mərasimi keçirilir
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.
Oxu.Az-ın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.
Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq.
Məlumata əsasən, vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR