Ərəb şeyxi ilə ailə qurmuş azərbaycanlı gimnast kömək istəyir - FOTOLAR

Ərəb şeyxi ilə ailə qurmuş azərbaycanlı gimnast kömək istəyir - FOTOLAR
 
Dubay kralının ailəsindən olan şeyxlə ailə həyatı qurmuş azərbaycanlı qadın video müraciətlə çıxış edib.

Video müraciət vasitəsi ilə kömək istəyən qadın iddia edir ki, ərinin yaxınları tərəfindən təqiblərə məruz qalır.

Azərbaycandan olan Zeynəb Cavadlı "Instagram”a yüklədiyi videolarda qeyd edir ki, ərindən ayrılandan sonra doqquz aydır ki, Səid bin Məktum bin Rəşid Əl Məktumun adamları onu təqib edirlər. Qadın iddia edir ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.

Qeyd edək ki, keçmiş azərbaycanlı gimnast Zeynəb Cavadlı Dünya və Avropa çempionatlarının qalibi, idman ustasıdır. Z.Cavadlı 2015-ci ildə 23 yaşında 43 yaşlı şeyxlə ailə həyatı qurub. Onların ailəsi doqquz ay bundan öncə dağılıb və Z.Cavadlı kral sarayından ayrılaraq uşaqları və valideynləri ilə yaşadığı şəxsi villasına köçüb.

Z.Cavadlının Səna, üç yaşlı Asiyə və bir yaşı olan Salamə adlı üç qız övladı var. (dominant.az)

OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...