Vanda tarixi məzar tapıldı

Vanda tarixi məzar tapıldı
 İlkin dövrdə Urartu geniş ərazilərə nəzarət edirdi, lakin VII əsrdə güclü rəqiblərin hücumuna məruz qalır və dağılır.
 
Sfera.az xəbər verir ki, Türkiyənin Van vilayətində qazıntılar zamanı arxeoloqlar kral ailəsinə mənsub ola biləcəyi ehtimal edilən qadına aid məzar aşkarlayıblar.
 
Qadının kral ailəsindən olmasını onun yanında olan çox sayda qiymətli zinət əşyaları ilə əlaqələndirirlər. Mütəxəssislər məzarı yox olan Urartu əyaləti ilə əlaqələndirirlər. Urartu Cənub-Qərbi Asiya torpaqlarında yerləşib və eramızdan əvvəl II minillikdən eramızın 590-cı ilinə qədər mövcud olub. İlkin dövrdə Urartu geniş ərazilərə nəzarət edib, lakin VII əsrdə güclü rəqiblərin hücumuna məruz qalıb və dağılıb. Qadının gənc, 20-25 yaşında öldüyü ehtimal edilir. Hər iki əlin biləklərinə bilərziklər taxılıb, qulaqlarında sırğa və sol əlin barmağında böyük bir tunc üzük olub. Bununla yanaşı, mütəxəssislər qiymətli daşlarla bəzədilmiş boyunbağı və broş tapıblar. Üzük alimləri daha çox maraqlandırıb. Çünki üzük mərhumun evli olduğunu göstərə bilər. Bu ehtimal doğru olsa, bu, ailə birliyinin ən erkən arxeoloji dəlillərindən biri hesab oluna bilər./Sputnik Azərbaycan
 
 

OXŞAR XƏBƏRLƏR

Xankəndi zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü izlədikcə, bir daha fərqinə varırsan ki, 44 günlük Vətən müharibəsində əldə etd...

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...