Gürcüstanda son vəziyyət: Yoluxanların sayı kəskin artır

Gürcüstanda son vəziyyət: Yoluxanların sayı kəskin artır
 Gürcüstanda sentyabrın 1-dən yoluxanların sayında yüksək artım tempi müşahidə edilir.

Sfera.az xəbər verir ki, gün ərzində Gürcüstanda 158 yeni Covid-19 hadisəsi aşkar edilib. Bu da epidemiyanın başlanğıcından bəri rekord göstəricidir. Qonşu ölkədə kpronavirusa yoluxanların sayı 2017 nəfərə çatıb. Hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər stasionar şəraitdə müalicə olunur. 19 nəfərin vəfat etdiyi bildirilir. Sentyabrın 10-dan etibarən qapalı binalarda bütün sosial tədbirlərin (toy, yas, yubiley mərasimləri) keçirilməsi qadağan edilib.

Koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin ləğvi planına görə, kinoteatrlar sentyabrın 15-dən, teatrlar isə oktyabrın 1-dən açılmalı idi. Kinoteatr və teatrların açılışı 1 noyabr tarixinə qədər təxirə salınıb. Uşaq əyləncə mərkəzlərinin açılışı da noyabrın 1-nə keçirilib.
 
Gürcüstanın altı böyük şəhərində - Tiflis, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Poti - tədris ilinin başlanması iki həftə sonraya, 1 oktyabr tarixinə qədər təxirə salındı. Sentyabrın 15-dən oktyabrın 1-dək məktəblilər və tələbələr distant şəkildə təhsil alacaqlarm və məktəblərdə təntənəli tədbirlər qadağan edilib.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...