Bakıda 94 yaşlı qocanı avtomobil vurdu

Bakıda 94 yaşlı qocanı avtomobil vurdu
 Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Evlərinin yanında yolu keçən 1926-cı il təvəllüdlü Ağayev Fuad Heydər oğlunu minik avtomobili vurub və o, ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qasıq oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

OXŞAR XƏBƏRLƏR