Litva Tixanovskayanı Belarus prezidenti kimi tanıdı

Litva Tixanovskayanı Belarus prezidenti kimi tanıdı
 

Litva Seymi Svetlana Tixanovskayanı Belarusun qanuni prezidenti kimi tanıyıb.

Virtualaz.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qətnamənin mətnində deyilir.

Litva deputatları beynəlxalq ictimaiyyəti Tixanovskayaya və Koordinasiya Şurasına dəstək olmağa çağırıblar. Həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun yeni müqavilələr bağlayarkən etdiyi hərəkətlərə ölkənin ilhaqı kimi baxmağı da təklif edirlər.

Litva Seyminin deputatları Svetlana Tixanovskayanın Belarusun seçilmiş və qanuni prezidenti olaraq tanınmasını əvvəldən təklif ediblər.

Bundan başqa, Seymidə Belarus və Rusiya arasında yeni müqavilələrin imzalanmasının Belarus xalqının suverenliyini məhdudlaşdırdığı barədə fikirlər də səsləndirilib. Rusiyadan Belarusun daxili və xarici siyasətinə müdaxilə etməməsini və Lukaşenkonun hərəkətlərini dəstəkləməməsini tələb ediblər.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...