Avropanın Belarusa qarşı tətbiq etdiyi sanksiyaların bloklanması haqda məlumat yayıldı

Avropanın Belarusa qarşı tətbiq etdiyi sanksiyaların bloklanması haqda məlumat yayıldı

Kipr Avropa Birliyi tərəfindən Belorusa qarşı sanksiyaların qəbul edilməsini əngəlləyir, əvəzində Türkiyəyə qarşı oxşar tədbirlərin tətbiq edilməsini tələb edir. Bu haqda Frankfurter Allgemeine mənbəyi məlumat yayıb.


Sfera.az Lenta.Ru-ya istinadla xəbər verir ki, Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirlərinin 21 sentyabrda keçiriləcək növbəti toplantısına qədər sanksiyalar barədə razılığın əldə olunmayacağı bildirilir. Halbuki, hələ avqustun 14-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri, Belarusda keçirilən prezident seçkilərindəki pozuntular və etiraz aksiyalarının dağıdılması səbəbi ilə məhdudiyyətlərin tətbiq olunmasını əsaslı şəkildə dəstəkləmişdilər.

O vaxtdan bəri diplomatlar Avropa Birliyinə girişi qadağan ediləcək və hesabları dondurulacaq vətəndaşların siyahısı üzərində işləyirdilər. Diplomatların sözlərinə görə, siyahıda təxminən 40 nəfərin adıvar.


Kipr Ankaranın Kipr sahilləri yaxınlığında, Şərqi Aralıq dənizində təbii qaz istehsalı ilə bağlı planlarına görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nail olmaq niyyətindədir.


Sentyabrın 7-də AB-nin ölkənin daxili işlər naziri Yuri Karayev də daxil olmaqla, 31 yüksək ranqlı Belarus məmuruna qarşı sanksiya tətbiq etmək niyyətində olduğu məlum oldu. Qeyd olunur ki, siyahıda seçki komissiyası, daxili işlər, ədliyyə və digər nazirliklərin nümayəndələrinin adı yer alacaq. Amma prezident Aleksandr Lukashenkonun adı sanksiya siyahısına daxil edilməyəcək, çünki Almaniya onunla daha bir müddət dialoq aparmağa qərarlıdır.


Xatırladaq ki, MSK-nın verddiyi məlumata görə, Lukaşenkonun 80 faiz səs qazanan prezident seçkilərindən sonra Belarusda kütləvi etirazlar başladı. Nümayişçilər ölkə prezidentinin istefasını və ədalətli seçkilərin keçirilməsini tələb edir; təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı onlarla insanın yaralandığı bildirilir.


Qeyd edək ki, Şərqi Aralıq dənizindəki sahillə bağlıfikir ayrılığı 1974-cü ildə meydana çıxıb. O zaman Yunanıstanın adanı ilhaq etmək cəhdi ilə əlaqəli Kiprdə dövlət çevriliş baş verdi. Türkiyə Kiprin şimalına ordu göndərdi və oradaKipr Türk Federal Dövləti elan etdi, daha sonra dövlət Şimali Kipr Türk Respublikası (KKTC) adlandırıldı. Adanın qalan hissəsi hazırda Kipr Respublikası hökumətinin nəzarəti altındadır. Türkiyə dəfələrlə həm Kipr Respublikasına, həm də Yunanıstan dövlətinə yataqların birgə işlənməsini təklif edib. Bu arada, Rusiya ilə əməkdaşlıq da istisna edilmirdi.

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...