“Neftçi” 500 min avroluq futbolçu transfer edir?

"Neftçi” Yunanıstanın məşhur "Panatinaikos” klubundan Dimitris Kolovosla heyətini gücləndirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Yunanıstanın newspao.gr saytı yazıb.
Məlumata görə, 27 yaşlı sol cinah hücumçusu "Neftçi”yə keçməkdə maraqlıdır. Çünki "Neftçi” sentyabrın 17-də Türkiyənin məşhur "Qalatasaray” klubu ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq.
Qeyd edək ki, Dimitris Kolovosun 2022-ci ilin yayınadək "Panatinaikos”la müqaviləsi var. "Transfermarkt”a görə, onun keçid qiyməti 500 min avrodur. Bu səbəbdən transferin icarə əsasında gerçəkləşməsi gözlənilir.
Dimitris Kolovos 2014-cü ildən Yunanıstan millisində doqquz oyun keçirib və bir qol vurub. O, həmin qolu ötən il millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovina ilə matçda vurub. Kolovos həmin qolla komandasını məğlubiyyətdən xilas edib (2:2). (oxu.az)