UEFA "Qarabağ"ın matçına görə Norveçə məktub göndərdi

UEFA
 
UEFA "Molde"nin Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi matç ətrafında yaranmış situasiya ilə əlaqədar Norveç hökumətinə müraciət edib. 

Bu barədə "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.

O, Avropa futbol qurumunun Norveç hökümətinə "Mölde"nin səbəb göstərdiyi problemin həllinə fövqəladə dəstək verməsi xahişi ilə məktubu göndərdiyini deyib. Əsgərovun sözlərinə görə, məktubda ölkə klublarına Avropa Birliyindən kənarda rahat oynamaları və karantinə alınmamaları üçün icazə verilməsi istənilib: "Bu məktub artıq 4 gündür göndərilib. Ümid edirik ki, bu gün cavab veriləcək. UEFA istəyir ki, bütün komandalara güzəşt olunsun, çünki tək "Mölde" yox, ölkənin digər klubları da avrokubok matçlarına çıxır. Hələ ki, Norveç tərəfindən UEFA-ya cavab gəlməyib. Söhbət artıq ölkənin qərar verən qurumlarından gedir".

Klub rəsmisi ədalətli qərar veriləcəyi təqdirdə, "Qarabağ"ın Bakıda oynayacağını söyləyib. Lakin o, hər şeyə hazır olmalarının gərəkliyini də əlavə edib: "Qərar verilə bilər ki, gedin, neytral meydanda oynayın. Biz UEFA-ya da bildirmişik ki, qurumun bərabərhüquqlu üzvlərindən biriyik. Komanda Avropa Birliyinə üzv olan ölkələrə gedə bilirsə, ondan kənarda olanlara da getməlidir. İdman - siyasət deyil. Neytral meydanda oynasaq, futbolçulara Şengen vizası lazım olacaq. Lakin futbolçularımızın yarıdan çoxu milli komandalardadır. UEFA-ya bildirmişik ki, belə qərar verilsə, Şengen vizasının da alınması böyük problem olacaq. Biz püşkatmaya, UEFA-ya və qurumun verdiyi qərarlara hörmətlə yanaşırıq. Püşkə əsasən, matçı evdə oynamalıyıq. UEFA gördü ki, mövqeyimiz haqlıdır, ona görə qarşı tərəfə müraciət etdi". 

Əsgərov Norveç tərəfinin günün ikinci yarısında qərar verəcəyini sözlərinə əlavə edib: "Ən yaxşı halda cavab axşam saatlarına yaxın veriləcək. Sənədin harada olduğu, imzaya getdiyi və s. bəlli deyil. Bildiyim qədərilə məktub Norveçin baş nazirinə gedib". 

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Mölde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...