Lionel Messinin atası La Liqaya məktub göndərdi, təzminat ödənilməməlidir

Lionel Messinin atası La Liqaya məktub göndərdi, təzminat ödənilməməlidir
 İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin atası Xorxe Messi La Liqa rəhbərliyinə məktub göndərib. 

Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləni tək tərəfli ləğv etmək ixtiyarında olduğunu bildirib. 

X.Messinin sözlərinə görə, argentinalı forvardın klubla bağladığı sözləşmədə 2019/2020 mövsümünün sonunda müqaviləni birtərəfli ləğv etmək barədə bənd var və bunun üçün hər hansı təzminat ödənilməməlidir. 

Qeyd edək ki, daha əvvəl La Liqa rəhbərliyi Messinin 700 milyon avroluq təzminat məbləği qarşılığında "Barselona"dan ayrıla biləcəyini bildirib.  Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...