“Betmen” filminin çəkilişləri dayandırılıb - Koronavirusa görə

Maqazin
14:10 / 04.09.2020
1892
Məşhur aktyor Robert Pattinsonun koronavirusa yoluxması ilə əlaqədar yeni "Betmen” filminin çəkilişləri dayandırılıb.
Sfera.az xəbər verir ki, çəkilişlər bir neçə gün əvvəl Böyük Britaniyada başlamışdı.
R.Pattinsonun koronavirus testi müsbət nəticələndikdən sonra aktyor və çəkiliş heyəti karantinə alınıb.
Aktyorun sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.