Rusiya XİN: Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib

Rusiya XİN: Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib
 "Biz dövlətlər arasındakı ixtilaf və münaqişələrdən mənfəət güdmədiyimizi dəfələrlə bildirmişik. Ona görə də bu cür mülahizələrin təxribatdan başqa bir şey olmadığını düşünürük”.

Sfera.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Türkiyənin Aralıq dənizindəki siyasətinə dair suala cavab verərkən deyib.

"Bu mövqeyimiz Aralıq dənizinin şərqi kimi çox həssas və risqli bir regiona da tam şəkildə şamil olunur. Və münaqişə tərəflərinin bizim hərbi-siyasi müttəfiqimiz olub-olmaması məsələsi bu mənada əhəmiyyət daşımır”, - deyən Rusiya rəsmisi bütün mübahisəli məsələlərin yalnız siyasi dialoq yolu ilə həll olunmasına tərəfdar olduqlarını diqqətə çatdırıb:

"Biz heç kimi təcavüzkar addımlara təhrik etmirik. İkitərəfli, o cümlədən Türkiyə ilə əməkdaşlıq əlaqələrimizin üçüncü ölkələrə qarşı yönəlmədiyini də dəfələrlə vurğulamışıq”. (report)

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...