Məktəblərdə dərslər belə keçiriləcək - Təhsil Nazirliyindən YENİLİKLƏR

Məktəblərdə dərslər belə keçiriləcək - Təhsil Nazirliyindən YENİLİKLƏR
 

Yeni tədris ili başlayır. Pandemiya dövründə təhsilin əsasən onlayn keçiriləcəyini nəzərə alsaq, burada bir neçə problem yaranacaq.

Əsas problemlərdən biri ölkədə internetin zəifləməsidir ki, dünən bu məsələyə toxunduq və rəsmi qurumdan açıqlama aldıq.

Digər əsas problem isə şagirdlərdə kompüter və planşet problemləri, məktəblilərin dərsləri, onların tapşırıqlarını hansı formada həll edəcəkləri məsələsidir.

Yaranmış problemlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq.

Nazirliyin sözçüsü Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirdi ki, yaranmış problemlərin həlli ətrafında qurumda işlər aparılır.

"Yaxın günlərdə "Microsoft Teams” proqramının Azərbaycan dili versiyası istifadəyə veriləcək. Bütün tapşırıqlar bu proqram üzərindən gerçəkləşdiriləcək.

Əsas məqsəd budur ki, istər onlayn, istər teledərslər və ənənəvi formada uşaqlar dərsə qoşulsun. Onlayn təhsillə yanaşı, ənənəvi dərslər və teledərslər əlavə imkanlardır. Artıq Təhsil Nazirliyi teledərslərə başlayıb. Sentyabr ayının 15-dən teledərslər daha geniş cədvəllə yayımlanacaq”, - deyə C.Valehov bildirib.

O ki qaldı internetin sürəti və əlçatanlılığı ilə bağlı məsələlərinə, nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı müzakirələr aparılır:

"Xüsusən bölgələrdə internetin sürəti və avadanlıqlarla bağlı müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması üçün kifayət qədər böyük maddi vəsait lazımdır. İndiki halda Təhsil Nazirliyi həm teledərslər, həm də onlayn dərslərlə bu imkanları təqdim edir. Teledərslər əlçatanlılıq baxımından problemli deyil.

Bununla bağlı mobil operatorlarla müəyyən danışıqlar aparmışıq. Artıq bizim təkliflərimizə qoşulanlar var. Digər mobil operatorlardan da bu təşəbbüsü gözləyirik.

Bütövlükdə bu versiya daha geniş olarsa, daha da əlverişli olar. Şagirdlərlə də bağlı bu məsələnin həyata keçirilməsi arzuolunandır”.

 

OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...