Şəbnəm Tovuzlu uşağını itirdi

Şəbnəm Tovuzlu uşağını itirdi
Müğənni Şəbnəm Tovuzlu iyunda üçüncü övladına hamilə olması xəbəri ilə gündəmə gəlmişdi.

Sfera.az axşam-azdan aldığı məlumata görə, hər gün yeni fotolarını İnstaqram səhifəsində yayımlayan sənətçinin qarnının heç böyüməməsi diqqətdən qaçmayıb. Şəbnəmin yalandan gündəmə gəlmək üçün hamilə olduğu iddia edilib.

Əldə etdiyimiz məlumata görə isə müğənni övladını abort etdirib. Xəbəri Axşam.az-a təsdiqləyən Tovuzlu bildirib ki, buna səbəb arıqlamaq üçün atdığı dərmanlar olub:

"Uşaq inkişafdan dayandı. Dördüncü həftəsində tələf etdik. Qismət, alınmadı. İçdiyim arıqladıcı dərmanların təsiri oldu. İndi müalicə alıram. Hamilə qalmaq istəyən xanımlar bu cür dərmanlar içməsin.

Bu, ilk deyil. Bundan əvvəl də hamilə qalmışdım və uşaq tələf oldu. Onda da arıqladıcı dərmanlara görə idi. Son vaxtlar dərman içmirdim. Amma sən demə, neçə ay dərman içməsən də fərqi yoxdur. Gərək müalicə alıb qanından onu təmizlətdirəsən".

Qeyd edək ki, Şəbnəmin bir qız, bir oğlan övladı var.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...