Nazir yaralı hərbçilərimizə baş çəkdi - FOTO

Nazir yaralı hərbçilərimizə baş çəkdi - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısının alınması zamanı yaralanan və hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.

Sfera.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov onlarla söhbət edərək, onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçular aparılan müalicə işi nəticəsində sağlamlıqlarının tədricən yaxşılaşmaqda olduğunu, sağaldıqdan sonra da yenidən hərbi hissələrinə qayıdaraq, Vətənə şərəfli xidmətlərini davam etdirəcəklərini vurğulayıblar. Nazir onlara tezliklə müalicə olunaraq sağlamlıqlarını bərpa etməyi arzulayıb: "Azərbaycan Ordusu, o cümlədən siz hərbçilərimiz düşmənin ölkəmizə silahlı təxribatı zamanı əsl rəşadət, qəhrəmanlıq nümayiş etdirdiniz, nəinki bu təxribatın qarşısını məharətlə aldınız, hətta işğal altında olan və hərbi baxımdan strateji əhəmiyyətli bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etdiniz. Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər gücləndiyini və bu gün Vətənimizin işğal altında olan hissəsini qısa bir müddətdə işğaldan azad etməyə qadir qüdrətli bir ordu olduğunu Siz yüksək səviyyədə sübut etdiniz. Buna görə də biz sizə minnətdarıq və hər birimiz sizinlə, bütün qəhrəman Azərbaycan hərbiçiləri ilə fəxr edirik. Vətənin müdafiəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş igid Azərbaycan övladlarının ruhu qarşısında isə baş əyirik".

S.Müslümov Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yaralı hərbçilərimizin zəruri sosial müdafiə və bərpa xidmətləri ilə təmin olunacaqlarını diqqətə çatdırıb.

Daha sonra nazirlik tərəfindən müvafiq reabilitasiya vasitələri, o cümlədən əlil arabaları, dirsəkaltı ağaclar, əsalar və s. hospitala təqdim edilib. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin müvafiq hallarda yaralı hərbiçilərin dayaq-hərəkət funksiyalarının bərpası üçün onların protez-ortopedik məmulatlarla təmin etməyə hazır olduğu qeyd olunub.

S.Müslümov yaralı hərbçilərimizin tezliklə şəfa taparaq sağalacaqlarına əminliyini ifadə edib: "Bu hospital ən müasir tibbi potensialı, peşəkar həkim personalı ilə seçilir və yaralı hərbiçilərimizin qısa zaman içərisində sağalmaları üçün çox səmərəli müalicə işi aparılır".

 




OXŞAR XƏBƏRLƏR

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamen...

Qarabağın bərpasına 3 ayda nə qədər vəsait ayrılıb?

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.   Sfera.az Maliy...

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...