"Qarabağ"ın pley-offdakı potensial rəqibi müəyyənləşdi

İdman
14:45 / 01.09.2020
2973
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
Sfera.az xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ"ın pley-off mərhəsələsindəki potensial rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, həmçinin "Ferentsvaroş” (Macarıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək. Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.