ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib

Dünya
13:25 / 01.09.2020
1767
ABŞ-ın Los Anceles şəhərində polis qaradərili velosipedçini qətlə yetirib.
Sfera.az xəbər verir ki, polis əməkdaşları qayda pozan velosipedçini saxlamaq istəyib.
Həmin şəxs hadisə yerindən uzaqlaşsa da, polislər onu təqib edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Polislər həmin şəxsdə odlu silah olduğunu görəndən sonra atəş açıb.
Qətlə yetirilən şəxsin adı hələlik açıqlanmayıb. İnsidentdən sonra şəhərin bəzi yerlərində etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, ABŞ-da son bir neçə ay ərzində qaradərili şəxslərin polislər tərəfindən öldürülməsi ilə əlaqədar kütləvi etiraz aksiyaları davam edir.