“BakuBus”ın avtobusu yandı

“BakuBus”ın avtobusu yandı
 
Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

Sfera.az-ın  xəbərinə görə, BNA-dan bildirilib ki, bu gün səhər saatlarında "BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır".


OXŞAR XƏBƏRLƏR