Goranboyda avtomobil qəzası olub, ölən və yaralanan var

Hadisə
23:00 / 31.08.2020
11358
Goranboy rayon Safıkürd kəndində 1 nəfərin ölümü daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin ağaca çırpılması nəticəsində, 1993-cü il təvəllüdlü Samir Xanlarov hadisə yerində ölüb. Avtomobildə olan digər şəxs, 20 yaşlı Əli Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.
Yaralı ağır kəllə-beyin travması alıb və vətandaşlar tərəfindən Goranboy Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb. (report.az)