"Latsio" İmmobilenin müqaviləsini uzatdı

İdman
17:30 / 31.08.2020
3570
İtaliyanın "Latsio" klubu hücumçusu Çiro İmmobilenin müqaviləsini yeniləyib.
Sfera.az klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisi 30 yaşlı futbolçu ilə 5 illik sözləşmə bağlayıb. İtaliya millisiniin üzvü illik 4 milyon avro qazanacaq.
İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. O, ötən mövsüm A Seriyasında 36 qol vurub və Avropada "qızıl buts" mükafatını qazanıb.