Lukaşenkonun köməkçisi prezidentin əleyhdarlarının sayını açıqladı

Lukaşenkonun köməkçisi prezidentin əleyhdarlarının sayını açıqladı

Vətəndaşların yalnız 20-30 faizi Belarus prezidentinə qarşı radikal mövqedə ola bilər.


Sfera.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Belarus liderinin köməkçisi Nikolay Latışenok etirazçılarla görüşü zamanı bildirib.

 

Latışenok hesab edir ki, prezident seçkiləri zamanı hazırkı dövlət başçısının əleyhdarları daha az idi. "Mən seçki məntəqələrində olmamışam. İndi vətəndaşların təxminən 20-30 faizi prezidentin əleyhinədir, anmma əvvəl daha az idi. İndi insanları qızışdırıblar”,-deyə, Lukaşenkonun köməkçisi söyləyib. O əleyhdarların bundan artıq olmayacağını da vurğulayıb.

 

Bundan əvvəl Latışenok etirazların ilk günlərində OMON-nun etdiyi sərt hərəkətlərə aydınlıq gətirmişdi. Lukaşenkonın köməkçisinin sözlərinə görə, xüsusi təyinatlıların bu cür hərəkətləri etirazçıların barrikadalar quraraq mülki şəxsləri narahat etmələri ilə əlaqədardır.


Respublikada etirazlar artıq üç həftədir ki, davam edir, müxalifət mövcud hakimiyyəti istefaya göndərməyi, yeni prezident seçkiləri keçirməyi və etirazın ilk günlərində nümayişçilərlə qeyri-insani davranış sərgiləyənlərin istintaqa cəlb edilməsini tələb edir.

 

Qeyd edək ki, Avqustun 27-dən ölkədə yenidən etirazçılarla jurnalistlərin kütləvi həbslərinə başlanıb. "Lenta.ru" nun müxbiri və onun onlarla əcnəbi belarus həmkarı milis bölməsinə aparılıb.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR