Mərdəkanda asfalt çəkilişindən necə pul qazanırlar? – Təfərrüat + FOTOLAR

Mərdəkanda asfalt çəkilişindən necə pul qazanırlar? – Təfərrüat + FOTOLAR

Paytaxtın Xəzər rayonu, Mərdakan qəsəbəsində aparılan abadlıq işlərinin keyfiyyətsizliyi narahatlıq doğurur.


Sfera.az-ın xəbərinə görə, Mərdəkanda yolların asfaltlanması sözün həqiqi mənasında korrupsiya vasitəsinə çevrilib. Belə ki, asfalt əsası olmadan tökülür. Bu isə o deməkdir ki, yola döşənmiş asphalt qatı elə birinci yağışdaca tam dağılacaq.


Ərazidən çəkilmiş fotolardan da göründüyü kimi sadəcə zibil yığının və qumun üzərinə asfalt tökmək dövlət vəsaitini dağıtmaqdan başqa heç bir məqsədə xidmət etmir.


Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin yerli təşkilatlar qarşısında qoyduğu tapşırıq və göstərişlərin nümayişkaranə şəkildə pozulmasıdır.


Daxil olan məlumatda həmçinin bildirilir ki, görülən işlər üçün kifayət qədər dövlət vəsaiti ayrılsa da ərazidəki bağ sahiblərinin hər birindən 250 manat tələb edilir. Vətəndaşların ciddi narazılığına səbəb olan bu qanunsuz tələbin konkret olaraq kimlər tərəfindən edildiyi haqda isə ətraflı məlumat verəcəyik.

 








 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR