Vüqar Biləcərinin atası üç mərasimi ilə bağlı müraciət etdi

Cəmiyyət
11:40 / 31.08.2020
2667
33 yaşında vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində izdiham yaşanıb. İki gün Dəfndə iştirak edən 60 nəfər sərt karantin rejimini pozduqları üçün cərimələnib. Onlar arasında tanınmış meyxanaçılar da var.
Sfera.az xəbər verir ki, meyxanaçı Rəşad Dağlının instaqram səhifəsində V. Biləcərinin atası Zakir Paşayevin adından müraciət paylaşılıb.
Paylaşımda qeyd olunub ki, mərhum meyxanaçının "üç mərasimi” pandemiya ilə əlaqədər olaraq keçirilməyəcək:
"Heç kim zəhmət çəkib gəlməsin. Xahiş edirik ki, narahatlıq yaratmasın. Vüqara yas saxlamaq istəyənlər öz evlərində, qəlblərində dua etsinlər. Bu, kifayətdir”.
Xatırladaq ki, meyxanaçı Vüqar Biləcəri avqustun 29-da uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edib.