Millimizin futbolçusu ABŞ Liqasında 7-ci qolunu vurdu

Millimizin futbolçusu ABŞ Liqasında 7-ci qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks "Rayzinq" klubunun heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub. 

Sfera.az xəbər verir ki, 29 yaşlı hücumçu bu dəfə "Reno" ilə səfər matçında fərqlənib. Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Görüş isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 

Məğlubiyyətə rəğmən, "Finiks Rayzinq" 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. "Reno" isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb. 

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb. 



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...