Emin Əfəndi: Bu işi qəfildən yuxudan oyanan Gömrük Komitəsinə də həvalə etmək olar

Yeddi aydır ki, karantin mövzusu gündəmin əsas prioriteti, Operativ Qərargahın brifinqi isə ölkənin ən reytinqli "talk show”sudur.
Sfera.az xəbər verir ki, bu barədə məşhur Bloqer və Tele Aparıcı Emin Əfəndi öz Teleqram kanalında yazı paylaşıb
***
Bu həftə isə "doğma” mövzumuz yavaş-yavaş mövqelərini itirməyə başladı.
Birincisi ölkədə və dünyada pamdemiyadan savayı daha səs küylü hadisələr baş verdi, ikincisi isə "hər şey adiləşir” prinsipidir.
Bu ssenarini artıq əzbərləmişik.
Bəlli məsələlərə konkret münasibət brifinqin əvvəlində, digər narahat edən məsələlərə isə "vəziyyətin gedişatı” və " hələ ki, müzakirə olunmur” ritorikasının köməyi ilə "yola verilir”.
Ümumiyyətlə "karantini yenə də uzatdılar” kəlməsi, Sovet dönəminin "Neftçi yenə uduzdu” kəlməsini xatırladır. Təki "Neftçini udan günü olub ki” cavabı, müasir dönəmimizdə bizə heç nəyi xatırlatmasın. "Neftçi” mövzusunu metaforadan azad edib, keçən həftənin qəhramanları səviyyəsinə də qaldırmaq olardı, söhbət Bakı təmsilçisinin Avropa Liqasının start oyunundaki qələbəsindən gedir. Əlbəttə olardı, amma səviyyə o səviyyə deyil.
Futbol aləminin ən məşhur deyimi var: "futbolu hamı oynayır, amma almanlar qalib gəlir”
Bizdə isə 7 ildir ki bu kəlmə işləyir: "futbolu 8 komanda oynayır, amma qruplara Qarabağ düşür”.
Məncə
artıq xaricdən dəvət olunan futbolçulara və futbol mütəxəssislərinə bəlli bir
limit qoyulmalıdır ki, ölkəmizin pulu başqa ölkələrin bank hesablarını
doldurmasın. Bu işi qəfildən keçən həftə yuxudan oyanan Gömrük Komitəsinə də
həvalə etmək olar. Çünki burada da mövzu, xaricdən gətirilən mallardan
gedir.
Bizim üçün isə hər şey adiləşib. Karantin də, nəticəsiz futbol da, nəvə-nəticəli məmur da.