"Neftçi"nin futbolçusu millimizə dəvət olundu

İdman
20:00 / 29.08.2020
15206
Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib.
Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov yığmanın toplanışına dəvət olunub.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.