"Qarabağ" daha bir futbolçu transfer etdi

 "Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi uzun müddət davam edən danışıqlar nəticəsində Bolqarıstanın "Çeno More" klubunda forma geyinən Patrik Andradeni transfer edib. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu Portuqaliyada "Ribeyrao”, "Yoan”, "Moreyrense”, "Famalikao” və "Saliueyros” klublarında da oynayıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi heyətinə cəlb edib.

OXŞAR XƏBƏRLƏR