Türkiyə mətbuatı: “Azərbaycan bayrağı 24 il sonra o təpədə” - VİDEO

Türkiyə mətbuatı: “Azərbaycan bayrağı 24 il sonra o təpədə” - VİDEO

Türkiyə mətbuatı Azərbaycan ordusunun 24 ildir ermənilər tərəfindən işğal edilən Lələ Təpə adlanan yeri geri qaytarmasından yazıb. 

 

Axşam.az-ın "Hürriyət”ə istinadən xəbərinə görə, "24 il sonra o təpəyə Azərbaycan bayrağı sancıldı” başlıqlı yazıda altı gün əvvəl erməni işğalında olan bu hündürlüyün Goranboy və naftalan kəndləri üçün önəmli olduğu vurğulanıb. 

 

Əsgər Sahib Musayev açıqlama verərək, "Ermənilər silah və mövqelərini atıb qaçdılar. İndi qazıntı işləri gedir. Bacardığımız qədər möhkəmləndirmə işləri aparırıq” deyə, bildirib. 

 

Tankçı Səxavət Baxışov "Bu tanklarla biz sübut etdik ki, Azərbaycan Silahlı Qüvvələri nəyə qadirdir. Tanklarımızın durduğu yer 23-24 ildir Azərbaycanın ayağı dəyməyən ərazilərdir. Biz bundan da irəli getməyə hazırıq” deyə, əlavə edib.

 


OXŞAR XƏBƏRLƏR