Ermənistan və Azərbaycan Qarabağda atəşkəs haqqında razılığa gəldilər – YENİLƏNİB
Cəmiyyət
15:54 / 08.04.2016
1240
Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb.
Oxu.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçiriləcək.
12:55
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.
12:29
Dağlıq Qarabağda münaqişə tərəfləri saat 15:00-da eyni anda atəşi dayandırmaq və ölənlərin cəsədlərinin axtarışına başlamaq haqqında razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Qarabağ separatçılarının nümayəndəsi Viktor Arustamyan bildirib.
"Biz bu gün yerli vaxt ilə saat 15:00-dan şimal və cənub istiqamətlərində atəşin dayandırılmasına və həm bizim, eləcə də Azərbaycan tərəfindən həlak olmuş hərbçilərin cəsədlərinin axtarışına başlanmasına dair razılığa gəlmişik”, - o bəyan edib.