Lotu Qulinin ad gününə dünya oğruları axın etdi - FOTOLAR

Lotu Qulinin ad gününə dünya oğruları axın etdi - FOTOLAR
Kriminal aləmdə Lotu Quli kimi tanınan "qanuni oğru” Nadir Səlifovun bu gün anadan olmasının 48-ci ildönümüdür. 

Konkret.az-a daxil olan məlumata görə,  onun ad gününü dünya oğruları qeyd ediblər. Məhz ad günü münasibəti ilə 35 dünya oğrusu Lotu Qulinin məzarını ziyarət edib, onun xatirəsinə saysız-hesabsız gül çələngləri həsr ediblər.

Qeyd edək ki, Nadir Səlifov 20 avqust tarixində Türkiyənin Antalya şəhərində nahar etdiyi şəxs tərəfindən qətlə yetirilib.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

Lotu Qulinin bu gün keçirilən ad günündən olan fotoları təqdim edirik:
 
Sfera.az
 


 


OXŞAR XƏBƏRLƏR