İlham Əliyev: Qarabağda atəşkəs həm İrəvana, həm Bakıya, həm də Moskvaya lazımdır

İlham Əliyev: Qarabağda atəşkəs həm İrəvana, həm Bakıya, həm də Moskvaya lazımdır
Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi həm Azərbaycan, həm Ermənistana lazımdır. 
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevRusiya baş naziri Dmitri Medvedev ilə danışıqların yekununda bildirib.  
"Münaqişənin tənzimlənməsi – Azərbaycanın marağındadır, əminəm ki, elə Ermənistanın da marağındadır. Rusiya – qonşudur, hər iki ölkə ilə dostdur, o da tez bir zamanda tənzimlənmədə maraqlıdır”, - Əliyev deyib. 
Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənmə mexanizmləri mövcuddur, amma onlar yerinə yetirilmir. 
"Münaqişənin tənzimlənməsi üçün mexanizmlər mövcuddur, BMT-nin Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi mövcuddur, təəssüf ki, onlar yerinə yetirilmir”, - Azərbaycan rəhbəri deyib. 
Rusiya baş naziri Dmitri Medvedevin bəyan etdiyi kimi, Rusiya Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasına maksimal şəkildə sadiqdir, danışıqların alternativi yoxdur. 
"Hesab edirəm ki, danışıqlara heç bir alternativ yoxdur, əlbəttə ki, atəşkəsi alqışlayırıq. Ümid edirəm ki, hazırda bərqərar olan sülh uzunömürlü olacaq və tərəflər nizamlama məsələlərini danışıqlar masası arxasında davam etdirəcəklər. Tərəflərin mövqelərini yaxınlaşdıraraq kompromislər axtaracayıq. Çünki heç bir münaqişə bir tərəfin qələbəsi ilə sona çatmır, bu hər zaman mürəkkəb kompromislər toplusudur, bu münaqişəni aradan qaldırmaq və dayanıqlı sülh yaratmaq üçündür”, - Medvedev Azərbaycan prezidenti İlham Əliyev ilə görüşün yekununda jurnalistlərə bildirib. 
 "Biz Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasına maksimal şəkildə sadiqik. Bu nəticəni əldə etmək üçün çox ciddi səy göstərmişik. Biz hamımız iştirak etmişik və mən bir zamanlar bununla fəal məşğul olmuşam”,- Rusiya baş naziri əlavə edib.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...