Kipr Futbol Federasiyasının prezidenti millimizlə oyundan danışdı

Kipr Futbol Federasiyasının prezidenti millimizlə oyundan danışdı
 "Milli komanda təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyununu keçirəcək. Futbolçular yaxşı nəticələr qazanmaq üçün Millətlər Liqasına nikbin və inamla başlayacaqlar".

Sfera.az xəbər verir ki, bu fikirləri Kipr Futbol Federasiyasının prezidenti Giorqos Kumas bu gün təşkil olunan mətbuat konfransı zamanı deyib.

UEFA Millətlər Liqasının ilk 2 turunda qarşılaşacaqları Monteneqro və Azərbaycan seçmələri ilə oyunlar barədə danışan funksioner matçların azarkeşsiz olmasından təəssüfləndiyini bildirib: "Mübarizəyə Monteneqro və Azərbaycana qarşı keçirəcəyimiz 2 ev oyunu ilə start verəcəyik. Əfsuslar olsun ki, bu iki görüşdə azarkeşlərimiz stadiona gələ və komandanı dəstəkləyə bilməyəcəklər. Çünki UEFA-nın protokoluna əsasən oyunlar bağlı qapılar arxasında olacaq. Əminik ki, fanatların düşüncələri və istəkləri qarşıda duran bu yeni çağırışda millimizi müşayiət edəcək".

G.Kumas millinin yeni baş məşqçisi Yohan Valemin heyətlə bağlı seçiminə inandığını deyib: "Ümumi məqsədimiz milli komandanın gələcəyini qurmaqdır. Yığmanın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsini və bizi qürurlandırmasını istəyirik".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Monteneqro ilə görüş isə sentyabrın 5-də eyni arenada olacaq. (report.az)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...