Salyan-Şirvan avtomobil yolu təmir olunur – FOTO + VİDEO

Salyan-Şirvan avtomobil yolu təmir olunur – FOTO + VİDEO

 

Yararsız vəziyyətdə olan Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir.

ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, uzunluğu 34 kilometr olan yolun III texniki dərəcəyə uyğun yenidən qurulması layihəsi çərçivəsində torpaq yatağının eni 13 metr, hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2 metrdir. 

Sözügedən yolun tikintisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Artıq yolun 7 kilometrdən çox hissəsində əsaslı tikinti işləri həyata keçirilib. Tikinti işlərinin aparıldığı hissədə yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib.

Yenidənqurma işlərinin aparıldığı ərazinin 5 km-lik hissəsinə 2 qat olmaqla 20 sm. qalınlığında, 1.5 km-lik hissəyə isə 1 qat olmaqla 10 sm. qalınlığında müasir standartlara cavab verən asfalt-beton örtüyü döşənib. 1 km-lik hissədə isə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yol tam hazır vəziyyətə gətirilir.

"Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yolun tikintisi işləri çərçivəsində 300 min m2 sahəyə 3 qat olmaqla 25 sm. qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağırtonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. 

Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.

 

 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Imposs...

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...