“Qarabağ” klubu yeni transferini təqdim edib

İdman
17:25 / 28.08.2020
2372
"Qarabağ” klubu daha bir futbolçunun transferini reallaşdırıb.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni oyunçusu Patrik Andradeni feysbuk səhifəsi vasitəsilə təqdim edib.
Bolqarıstanın "Çerno More” klubundan transfer olunan yarımmüdafiəçinin müqavilə detalları barədə məlumat verilməyib. 27 yaşlı kabo-verdeli orta sahə oyunçusu karyerası ərzində həmçinin Portuqaliyada "Ribeyrao”, "Yoan”, "Moreyrense”, "Famalikan” və "Salqueyros” klublarında oynayıb.
Qeyd edək ki, "Qarabağ” yay fasiləsində Emil Balayev, Kevin Medina, Vild-Donald Gerye və Uroş Matiçi heyətinə cəlb edib.