“Əvvəlcə beş rayon, 5 il sonra Kəlbəcər və Laçın…” – Belə bir razılaşma olubmu?

“Əvvəlcə beş rayon, 5 il sonra Kəlbəcər və Laçın…” – Belə bir razılaşma olubmu?

"Belə bir saziş layihəsi müzakirə olunub”.


Bu sözləri Sfera.az-a açıqlamasında qondarma Dağlıq Qarabağ rejiminin "Təhlükəsizlik Şurasının katibi” Samvel Babayanın 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevlə o zamankı Ermənistan prezidenti Serj Sarkisyan arasında münaqişə ilə bağlı konkret saziş layihəsinin müzakirə olunduğu, plana əsasən ilk mərhələdə Ermənistanın beş rayonu, ardınca - 5 il sonra Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edəcəyini deməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Rasim Musabəyov deyib:

 

"Belə bir saziş layihəsi müzakirə olunub. Madrid prinsipləri arasında bu təkliflər də ortaya gəlib. Orada başqa məsələlər də vardı. Hansılar ki, Azərbaycan tərəfi razılaşmışdı. Ermənistan tərəfi referendumun vaxtının təyin edilməsini tələb edirdi ki, bu yolla Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyirdilər.

 

Azərbaycan tərəfi isə etiraz edərək bildirmişdi ki, referendumun vaxtı və orada qoyulacaq suallar yalnız Dağlıq Qarabağa azərbaycanlılar qayıdandan sonra mümkün olacaq”.

 

"Sözügedən müzakirələrin aparılması ilə bağlı informasiyaların yayılmasında qeyri-adi bir şey görmürəm”

 

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib:

 

"Əslində burada qeyri-adi nəsə yoxdur. Səslənən həmin fikirlər Madrid prinsiplərinə uyğun məqamdır. Yenilənmiş Madrid prinsiplərinə uyğun ilk mərhələdə işğal edilmiş ərazilərboşaldılmalı, insanlar öz doğma yurdlarına qayıtmalı, onların təhlükəsizlik yaşam şərtləri təmin olunmalıdır.

 

Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan hər zaman bu prinsiplərə uyğun hərəkət edib. Müzakirələr də davamlı olaraq hər zaman bu istiqamətdə aparılıb. Amma məsələ ondadır ki, işğalçı Ermənistan belə müzakirələrdə iştirak etsə də, məsələnin həlli istiqamətində bu günə qədər heç bir əməli addım atmayıb.

 

Düşmən tərəf məsələnin həllinə yönəlik istənilən real addımdan həmişə çəkinib. Bu baxımdan sözügedən müzakirələrin aparılması ilə bağlı informasiyaların yayılmasında sensasiya axtarmıram və ya qeyri-adi bir şey görmürəm”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...