"Zirə"də braziliyalı qapıçı

İdman
13:55 / 28.08.2020
1571
"Zirə” yeni futbolçu ilə anlaşıb.
Sfera.az xəbər verir ki, qəsəbə təmsilçisi Braziliyanın C seriyasında mübarizə aparan "Londrina”nın qapıçısı Mateus Albino Karneiro ilə razılığa gəlib.
25 yaşlı qapıçı klubu ilə müqaviləsini ləğv edib, Bakıya yollanacaq. O, tibbi müayinədən keçib, "qartallar”la rəsmi sözləşmə bağlayacaq.