Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılan deputatla bağlı — RƏSMİ AÇIQLAMA

Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılan deputatla bağlı — RƏSMİ AÇIQLAMA
 AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsi ilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
 

Bu barədə Oxu.Az-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, bu məsələ bir neçə ay bundan öncə baş verib:

"Parlament seçkilərindən sonra professor Bəxtiyar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunduqdan sonra qanunvericiliyə uyğun olaraq öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad olunub.

Bununla belə, professor Bəxtiyar Əliyev BDU ilə sıx əməkdaşlıq edir. O, BDU-nun Elmi Şurasının üzvüdür”.

Xatırladaq ki, bəzi saytlarda Bəxtiyar Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi və bu səbəbdən onun BDU-da kafedra müdiri vəzifəsindən azad edildiyi yazılıb. O isə açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını bildirib.



OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...