Rayonlara gediş- gəliş açılır?- AÇIQLAMA

Rayonlara gediş- gəliş açılır?- AÇIQLAMA
 

Məlumdur ki, Azərbaycanda ümumi karantin rejiminin avqustun 31-də bitməsi nəzərdə tutulur. Son günlərdə koronavirusa yoluxanların sayının sağalanlardan xeyli çox olmasını, bir tərəfdən də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətin davam etməli olduğu çağırışını nəzərə alsaq ölkəmizdə də karantin rejimi yenidən uzadıla bilərmi? Rayonlara gediş-gəliş açılırmı?

Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla açıqlama verib:

"Azərbaycan həkimləri İctimai Birliyi karantin qaydaları ilə bağlı təkliflər paketi hazırlayıb. Həmin paketdə yolların açılması, kütləvi toylar və tədbirlərə icazələrin verilməli olduğu qeyd olunub.

Bunların hamısını artıq həyata keçirtmək lazımdır. Əslində payız vaxtı bizim işimizi çətinləşdirən məsələ COVİD-19-a soyuqdəymə xəstəliklərinin qoşulması olacaq. Düşünürəm ki, qarşılaşacaq vəziyyətlə bağlı xüsusi təlimatlar hazırlanmalıdır. Həkimlər birliyi olaraq biz də bununla bağlı təkliflər verəcəyik.

Bu qətiyyət o demək deyil ki, əvvəlki sərt karantin tətbiq edilsin. Sərtləşdirilməyə qətiyyən getmək olmaz. Düşünürəm ki, tədricən sosial həyatın bütün sahələri yumşaldılmalıdır, amma maarifləndirmə işi də aparılmalıdır. Qapalı məkanlarda maskada olmaq, məsafə saxlamaq çox mühüm şərtdir. Yoluxma prosesinin az olması üçün həmin şərtlər gözlənilməlidir. Virus getdikcə zəifləyir. Ona görə də bir müddət karantin qaydalarına düzgün riayət etsək, daha az fəsadlar vэ itkilərlə vəziyyətdən çıxa bilərik".



OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...