"Sürətli və dəqiq". Rusiyada koronavirusu havada aşkarlayan cihaz yaradılıb

Rusiyalı alimlər havada koronavirusu aşkar edə bilən cihaz hazırlayıblar. Tibb elmləri doktoru, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov cihaz haqqında danışıb.

S.A.Zverev adına Krasnoqorsk zavodu "Armiya-2020" forumunda Rusiyada ilk dəfə olaraq virusları, o cümlədən koronavirusları havada aşkar edən cihazı təqdim edib. 
Müəssisənin Baş direktoru Aleksandr Novikov -yə deyib ki, patogenlərin konsentrasiyasından və digər amillərdən asılı olaraq hava nümunəsinin belə bir alətin köməyi ilə avtomatik analizi üçün 10-30 dəqiqə sərf olunur.

"Detektor-BİO" cihazı Qamaleya Mərkəzi ilə birgə işlənib hazırlanıb. Zavodun baş direktoru qeyd edib ki, cihazın sınaqları iyunda başa çatıb, indi onun sertifikatlaşdırılması hazırlanır.

"Lakin bizim hazırlığımız maksimum səviyyədədir və zərurət yarandıqda sifarişçiyə lazım olan qədər istehsal etməyə hazırıq. Bu cihaz havada müxtəlif patogenlərə reaksiya verə bilər, buna görə onu həm mülki məqsədlər üçün, həm də bioloji təhlükəsizliyin təmin edilməsi üçün tətbiq etmək olar", – Novikov vurğulayıb.

Sputnik radiosunun efirində tibb elmləri doktoru, immunoloq həkim, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, Rusiyanın hava nümunələrinin analizi üzrə layihələri təkmilləşir.

"Qeyd edim ki, havada müxtəlif maddələrin miqdarını ölçən cihaz on ildən artıqdır ki işlənib hazırlanıb, buna görə Akademik Anatoli Andreeviç Vorobyovun rəhbərlik etdiyi böyük kollektivə Dövlət mükafatı verilib. Bu layihələr davam etdirilir. Belə spektral analiz birincisi çox həssas, ikincisi isə çox sürətli və çox dəqiqdir. Misal üçün deyə bilərəm ki, bu cür texnologiyalar digər planetlərin atmosferində maddələrin tərkibini müəyyən edə bilər. İndi isə düşünürəm ki, bu cihazlar çox tez bir vaxta istehsala və real istifadəyə gedə bilər", – Jemçuqov bildirib.

OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...