Türkiyədə bir gündə 1491 nəfər COVID-19-a yoluxdu

Dünya
22:00 / 27.08.2020
3174
Son gün ərzində Türkiyədə koronavirusdan daha 26 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 209 nəfərə çatıb.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 491 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 263 998-ə yüksəlib, 240 792 nəfər isə sağalıb.