Müəllimlərin maskadan istifadəsi məcburi olacaq

Cəmiyyət
19:15 / 27.08.2020
2161
Koronavirusla bağlı müəllimlər və valideynlər daha çox risk qrupuna daxildir.
Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 38 faizini 50 yaşdan yuxarı olan müəllimlər təşkil edir: "Bu müəllimlərin təhlükəsizliyini təmin etmək vacibdir. Bu baxımdan müəllimlər üçün maska taxılmasının məcburi olması daha gözləniləndir”.