Həştərxan İş Mərkəzi Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli töhfə verəcək

Həştərxan İş Mərkəzi Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli töhfə verəcək
 

Azərbaycanla Həştərxan vilayəti arasında bir çox sahələrdə əlaqələr inkişaf etdirilir.

Sfera.az xəbər verir ki, buna son illər Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən sosial layihələr bariz nümunədir.

Bu illər ərzində görülən işlərdən biri də Həştərxanda Azərbaycan İş Mərkəzinin açılması olub. Mərkəzin fəaliyyətində əsas məqsəd Azərbaycanla Rusiya arasında iqtisadi-ticari, sosial, eləcə də elmi -mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişafı və Azərbaycan brendlərinin tanıdılmasıdır. Bu təşəbbüs çərçivəsində Bakıda da Həştərxan İş Mərkəzinin yaradılmasına qərar verilib. Belə ki, Nərimanov rayonu ərazisində tikilməkdə olan Həştərxan İş Mərkəzi də Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli tövhə verəcək. "Azərbaycanın paytaxtı Bakı şəhərində də Həştərxan İş Mərkəzinin tikilməsi üçün yer ayrılıb. Bu möhtəşəm binanın tikilməsi üçün ölkə rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib. İki ilə yaxındır ki, burada tikinti işləri gedir. İlin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır.

Yeni yaradılacaq mərkəzin fəaliyyətində xüsusən ticarət əlaqələrinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. 30-dan çox şirkət Həştərxanda Azərbaycan İş Mərkəzində açılan sərgidə öz məhsullarını nümayiş etdirib. Oxşar layihələrin bu mərkəzdə də təşkili nəzərdə tutulub."

Bunu Həştərxan İş Mərkəzinin direktoru Nəsimi Məmmədov deyib:

"İş mərkəzinin birinci mərtəbəsində sərgi salonunun , ikinci mərtəbəsində ofislərin fəaliyyəti nəzərdə tutulub.Yuxarı mərtəbələrdə isə otellər yerləşəcək və digər xidmətlər olacaq. Rusiyada Azərbaycan brendlərinin, "Made in Azerbaijan" markası ilə buraxılan məhsulların tanıdılması və təbliğ olunması prosesi gedir. Eyni qaydada ölkəmizdə gələcəkdə fəaliyyətə başlayacaq bu mərkəzin xətti ilə Rusiyanın müəyyən şirkət və brendlərinin tanıdılması, təbliğ olunması üçün sərgilər təşkil olunacaq. Azərbaycan -Rusiya iş adamlarının əlaqələrinin genişləndirilməsində bu mərkəzin böyük rolu olacaq."

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdikləri mətbuat konfrasında iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişafında Həştərxan vilayətinin rolundan danışıb. O, qeyd edib ki, Həştərxan və vilayətin azərbaycanlı əməkdaşları ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində konkret təkliflər irəli sürüləcək.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...