Gələn həftə hansı şəhər və rayonda sərt karantin rejimi tətbiq ediləcək? - TƏBİB-dən AÇIQLAMA

Gələn həftə hansı şəhər və rayonda sərt karantin rejimi tətbiq ediləcək? - TƏBİB-dən AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində koronavirusa yoluxma hallarının artdığı müəyyən edilib. Qeyd edək ki, hazırda 13 rayon və şəhərdə yəni Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyanda sərt karantin rejimi tədbiq edilir. 13 şəhər və rayonda tətbiq edilən sərt karantin rejimi sentyabrın 1-də bitməsi gözlənilsə də daha bir neçə rayonda yoluxanların sayında artma müşahidə olunur. Gələn həftə daha hansı rayon və şəhərdə sərt karantin rejimi tətbiq edilə bilər?

Bununla bağlı KONKRET.az-a danışan "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu barədə məlumatlar və qərarlar Operativ Qərargah tərəfindən verilir:

"Gündəlik yoluxanların, sağalanların və ölənlərin sayı ilə bağlı məlumatlar koronavirusinfo.az saytında qeyd edilir. Eləcə də bölgələr üzrə yoluxma faizlərinə bu saytda baxa bilərsiniz. Ümumilikdə isə ölkə üzrə epidemoloji nəzarət Səhiyyə Nazirliyi tərəfindən aparılır. Növbəti həftə hansı rayon və şəhərdə sərt karantin rejimi tətbiq edilməsi ilə bağlı qərarı Operativ Qərargah tərəfindən veriləcək”.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...