Təsərrüfatı yandırılan fermer Prezidentə müraciət etdi: “Xahiş edirəm...”

Təsərrüfatı yandırılan fermer Prezidentə müraciət etdi: “Xahiş edirəm...”

 

Göyçay rayonu Şahsoltanlı kənd sakini Əmirov Mustafa Qanı oğlu tərəfindən Sfera.az saytına şikayət ərizəsi daxil olub.

 

Mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Milli Məclisinin Sədri xanım Sahibə Qafarovaya, Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edən şikayətçi üzıəşdiyi haqsızlığın təfərrüatlarını açıqlayıb.


"2019-cu ilin fevral ayının 11-dən 12-nə keçən gecə Göyçay rayonu Şahsoltanlı kəndi ərazisində mənə və ailə üzvlərimə məxsus olan təsərrüfatda yanğın hadisəsi baş vermişdir. Hadisənin baş vermə şəraiti mənim gözlərim önündə baş verdiyi üçün, yanğın hadisəsini bir qrup şəxs tərəfindən, qəsdən törədilməsi istisna deyildir.

 

Belə ki, təsərrüfatımda işləyən Kənan adlı şəxs 2019-cu ilin fevral ayının 9-dan 10-na keçən gecə saat təxminən 1-2 arası mobil telefonla mənə zəng edərək, təsərrüfatıma ağ rəngli nəqliyyat vasitəsi ilə 4 nəfər şəxsin gəldiyini, təsərrüfat sahibinin kimliyi ilə maraqlandığını, ona təkidlə fermada olan heyvanlara və fermaya baxış keçirmək üçün şərait yaratmasını tələb etdiklərini, buna icazə vermədiyini bildirmişdir. Səhər açılan kimi mən dərhal Göyçay rayon Polis şöbəsinə gedərək, əməliyyat üzrə müavinin qəbulunda olaraq gecə olanlar barədə məlumat verdim.

 

Məni dinləyən Göyçay rayon Polis şöbəsinin müavini narahat olmamağımı, ola bilsin yoldan keçən şəxslərin mənim təsərrüfatımı görüb, maraqlana biləcəyini, həmin ərazini nəzarətdə saxlayacağını bildirmişdir. Fevral ayının 11-də təxminən gecə saat 11 radələrində işçim Kənan mənə zəng edərək, təsərrüfatımda bir qrup naməlum şəxslərin gəzdiyini deyərək, təsərrüfata gəlməyimi xahiş etdi.

 

Mən dərhal Şahsoltanlı kəndində yerləşən təsərrüfatıma gələrək, əraziyə baxış keçirdim və şahid oldum ki, həqiqətəndə bir qrup şəxsin ayaq səsləri eşidilir. Qaranlıq olduğu üçün onların neçə nəfər olması, üzləri görsənməmişdir. Onları haylayıb ərazimi tərk etmələrini tələb edərək, əgər mənimlə hər hansı qərəzlikləri varsa aydınlaşdırmağa hazır olduğumu uca səslə onlara bildirsəm də, onlar mənim müraciətimdən, səs-küy salmağımdan narahat olub ərazini tərk etdilər. Bu barədə dərhal DİN "102” xidmətinə məlumat verdim.

 

Əraziyə gələn Göyçay rayon Polis şöbəsinin əməkdaşlarına olanlar barədə məlumat verdim. Məni dinləyən polis əməkdaşları əraziyə baxış keçirmədən, mənim və təsərrüfatımın təhlükəsizliyini təmin etmədən ərazini tərk edərək, səhər polis şöbəsinə gəlib izahat verməyimi tələb etdilər.

 

Polis əməkdaşları getdikdən təxminən 1 saat sonra, yəni fevral ayının 12-si gecə saat 02 radələrində təsərrüfatımda yanğın baş verdi. Bu barədə dərhal Göyçay Yanğından Mühafizə Bölməsinə, eləcə də DİN "102” xidmətinə məlumat verdim. Polis əməkdaşları hadisə yerinə Yanğından Mühafizə Bölməsinin əməkdaşlarından fərqli olaraq tez gəlsələr də, yanğın söndürənlər yanğın baş verdiyi vaxtdan təxminən 1 saatdan sonra gəldilər. Halbuki, mənim təsərrüfatımın yerləşdiyi ərazi ilə Yanğından Mühafizə Bölməsinin yerləşdiyi ərazi arasında məsafa 4 km-dir.

 

Fevral ayının 12-si səhər saatlarında Göyçay rayon Polis şöbəsinə dəvət edilərək, izahatım alındı. Eləcə də Göyçay rayon Polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək əl izləri, ayaq izləri, yanğın nümunələri götürülərək ekspertizalar təyin ediləcəyini, qısa vaxt ərzində təqsirli şəxslərin tapılaraq, məsuliyyətə cəlb ediləcəyini bildirdilər.

 

Məlum yanğın hadisəsi zamanı təsərrüfatıma təxminən 150-200 min manat ziyan dəydiyi halda, polis əməkdaşları dəymiş ziyanın az yazılmasını xahiş etdilər. Bunun səbəbini isə belə izah etdilər ki, ziyanın məbləği çox göstəriləndə təqsirli şəxsləri tapmaq çətin olur, işlərimiz qəlizləşir. Məndə onların səmimiyyətinə inanaraq, onlar deyilən qaydada izahat yazdım. Lakin hadisə, yuxarıda qeyd etdiyim kimi baş vermişdir.

 

Baş vermiş yanğın hadisəsi ilə əlaqədar istintaq bölməsində araşdırma aparılsa da, cinayət işi üzrə icraat təqsirli şəxslər müəyyən edilmədiyinə görə dayandırılmışdır. İcraatın dayandırılması barədə qərar verdiyim şikayət ərizəsi əsasında tərəfinizdən ləğv edilib, göstərişlə istintaq bölməsinə göndərilsə də, bu günədək göstərdiyim faktların heç biri yoxlanmamış, hüquqi qiymət verilməmişdir.


Polis əməkdaşlarına təsərrüfatımda işləyən Kənan adlı şəxsin təqsirli şəxslərin əlamətlərini bildiyini, buna görə Kənanın ətraflı şəkildə ifadəsinin alınmasını, eləcə də hadisə baş verdiyi tarixdən bir neçə gün öncə oğlum Əfsun Əmirovun oğlu Uğurun təhsil aldığı Z.Bünyadov adına 3 nömrəli tam orta məktəbə iki nəfər qadının gələrək, Uğur barədə maraqlandığını bildirsəm də, bu kimi faktların heç biri yoxlanmamış və hüquqi qiymət verilməmişdir.


Baş vermiş yanğın hadisəsindən sonra özüm və ailə üzvlərim qorxu içində yaşayır. Güman edirik ki, yenidən ailəmizə zərər dəyə biləcək cinayət hadisəsi baş verə bilər.


Göstərilənlərə əsasən məlum yanğın hadisəsi baş verməmişdən öncə verdiyim məlumata biganə yanaşan, mənim və əmlakımın təhlükəsizliyinə biganə yanaşan Göyçay rayon Polis şöbəsinin əməkdaşları barədə tədbir görülməsinə, Yanğından Mühafizə Bölməsinin əməkdaşlarının hadisə yerinə 1 saatdan artıq gec gəlməsi səbəbindən əmlakıma ciddi ziyan dəydiyinə görə onlar barəsində tədbir görülməsinə, eləcə də baş vermiş yanğın hadisəsini törədən şəxslərin müəyyən edilərək, məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri əməliyyat-istintaq hərkətlərinin aparılmasına, əmlakıma dəymiş ziyanın daha dəqiq müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə göstəriş verməyinizi xahiş edirəm”.

 

Orxan 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...