TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi inkişaf etdirilir

TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi inkişaf etdirilir
 

TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) videokonfrans şəkilində növbəti iclası keçirilib.

Sfera.az  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC-yə istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə Azərbaycan tərəfdən  səhmdar cəmiyyətinin sədr müavini İqbal Hüseynov, qurumun digər törəmə müəssisəsi "ADY Container” MMC, eləcə də "ADY Express”in rəhbərləri iştirak ediblər.

Videokonfrans zamanı, "Azərbaycan Dəmir Yolları”və "Qazaxıstan Temir Jolı” SC-nin birgə təşəbbüsü olan, TBND-də rəqəmsal dəhlizin yaradılması, marşrutda yüklərin nəqli zamanı kağızsız sənəd dövrüyyəsi ilə bağlı gerçəkləşdirilən pilot layihəsinin fəaliyyətinə dair hesabat dinlənilib.

Beynəxalq rəqəmsal dəhlizinin yaradılması ilə bağlı ümumi konsepsiyanın işlənilərək, TBND-nin ümumi iclasında qəbul olunması dair qərar qəbul edilib.

Bundan başqa, TBND-də birgə müəssisənin yaradılmasına dair tapşırığın yerinə yetirilməsi məsələsinə baxılıb və 2020-ci ilin ilk 7 ayı ərzində Aktau-Bakı-Aktau marşrutu üzrə xidmət göstərən fider xəttinin fəaliyyəti haqqında "Kazmortransflot” şirkətinin hesabatı dinlənilib. İclasda eyni zamanda, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizində 2020-ci ilin axırına qədər qüvvədə olacaq kömür və kokc yüklərinin vaqonla daşınmasına dair tariflər müyyən edilib. Cari məsələlərlə yanaşı, TBND ilə TRACECA dəhlizi arasında əməkdaşlıq haqqında memorandum da müzakirə edilib. Sonda iclasın yekununa dair protokol qəbul olunaraq imzalanıb.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...