Nazirdən ana və uşaq ölümünün qarşısının alınması ilə bağlı ƏMR

Nazirdən ana və uşaq ölümünün qarşısının alınması ilə bağlı ƏMR
Səhiyyə naziri Oqtay Şirəliyev "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.
 
Nazirlikdən Publika.az-a verilən məlumata görə, əmr Respublikasının şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb.
 
Sənəddə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına cədvələ əsasən doğuşayardım xidməti üzrə respublikanın regionlarına təhkim edilməsi tapşırılır. 
 
Eyni zamanda, həmin müəssisələrin rəhbərlərinə tapşırılır ki, təhkim olduqları şəhər və rayonlarda doğuşayardım xidmətinin təşkili, onun keyfiyyətinin və səmərəliliyin yaxşılaşdırılması, bu sahədə təcrübi və metodiki yardımın göstərilməsi, fəaliyyətin təhlili və müvafiq təkliflərin verilməsini təmin etsinlər. Təhkim olunmuş baza tibb müəssisələrinin və yüksək ixtisaslı mama-ginekolog, neonatoloq və anestezioloq-reanimatoloqlar Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası vasitəsi ilə ezam olunmaları, ehtiyac yarandıqda digər mütəxəssislərin ezam olunması işinin təşkili, görülən işlər barəsində daim Səhiyyə Nazirliyinə məlumat verilməsi tapşırıqları da əmirdə öz əksini tapıb.
 
Əmrin digər bəndində rayon mərkəzi xəstəxanaların baş həkimlərinə doğuşayardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyəti mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator –poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi, ezam olunan mütəxəssislərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, təhkim olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərin mütəmadi müzakirə edilməsi tapşırılır.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...

Bakıda restoranın qarşısında KÜTLƏVİ DAVA: Xəsarət alanlar və həbs olunan var

Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.   Sfera.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə General Ş...